Accessibility links

Yük qaldırmağı asanlaşdıran cihaz [Video]


Yük qaldırmağı asanlaşdıran cihaz
please wait

No media source currently available

0:00 0:00:48 0:00

Anbar kimi yerlərdə hər gün qutu qaldırmaq əzələlərin gərginləşməsinə və digər xəsarətlərə yol aça bilər. Lakin indi yeni ekzoskeleton inşaat sahələrində qutu və tikinti materiallarını qaldırıb-edirmək nəticəsində yaranan xəsarətlərin qarşısını ala bilər.

Hər dəfə bu kişi əyiləndə və ya qalxanda, Robo-Mate adlı yüngül çəkili ekzoskeleton onun belinə dəstək verir və bu, onun qutuları qaldırıb-endirməsinə yardım edir.

Bu ekzoskeleton 5 ilə 15 kiloqram arasında bir çəkinin qaldırılması üçün nəzərdə tutulub. Amma cihazdan istifadə edən şəxs gün ərzində bir çox dəfə az ağırlığı olan qutuları qaldırıb endirdiyində bədən üzərində əlavə yük yaranır.
Hesus Ortiz

İtaliya Texnologiya İnstitutu tərəfindən düzəldilən bu cihaz qutuları yerləşdirəndə bu insana yaxşı pozada durmağa yardım edir.

“Bu ekzoskeleton 5 ilə 15 kiloqram arasında bir çəkinin qaldırılması üçün nəzərdə tutulub. Amma cihazdan istifadə edən şəxs gün ərzində bir çox dəfə az ağırlığı olan qutuları qaldırıb endirdiyində bədən üzərində əlavə yük yaranır”, deyə Hesus Ortiz bildirir.

Kişinin belinə bağlı ekzoskeletona qoşulmuş generator bu yükü azaltmağa yardım edir.

Romo-Mate Ekzoskeletonu avtomobillərin yenidən emal zavodu kimi bir neçə yerdə sınaqdan keçirilib və artıq kommersiya istifadəsi üçün lisensiya almaq prosesindərir.

XS
SM
MD
LG