Google-un YouTube video xidməti uşaqlardan fərdi məlumatları qeyri-qanuni toplamaq və paylaşmaq ittihamları ilə $170 milyon dollar cərimə olunub.
Federal Ticarət Komissiyası Google-a $136 milyon dollar cərimə kəsib və şirkət oxşar iddiaları aradan qaldırmaq üçün Nyu-York ştatına $34 milyon dollar ödəyəcək.
İttihamlar həmçinin YouTube-u uşaqlar üçün dizayn edilən məzmunu yenidən nəzərdən keçirməyə çağırır.
Bu ittihamlar 1998-ci il tarixli federal qanuna əsasən valideynin razılığı olmadan 13 yaşına çatmamış uşaqlar haqqında məlumat toplamağı qadağan edən qanuna görə irəli sürülən ən ciddi ittihamlar sayılır.
YouTube uşaq kanallarının izləyicilərinin valideynlərinin razılığı olmadan izləməkdə günahlandırılıb və milyonlarla dollarlıq hədəflənmiş reklamları həmin izləyicilərə çatdırıb.
İttihamlar həmçinin YouTube-u uşaqlar üçün dizayn edilən məzmunu yenidən nəzərdən keçirməyə çağırır.
Bəyanat 3-2 səslə təsdiqlənib. Belə ki, qərarın əleyhinə səs verən iki Demokrat komissar daha sərt cəzalar tələb edib.
Bu məbləğ Facebooka bu ilin əvvəlində konfidensiallıq pozuntularına görə tətbiq olunan $5 milyard dollarlıq cərimə ilə müqayisədə xeyli azdır.
Federal hökumət son iki il ərzində böyük texnoloji şirkətlərin müştərilərin şəxsi məlumatlarını toplaması və bu məlumatlardan istifadə üzərində ciddi yoxlamalar aparır.
Habelə iri elektron texnologiya şirkətlərin bir çoxunun qanunsuz olaraq rəqabəti sıxışdıması anti-monopoliya səylərinin diqqət mərkəzindədir.