YouTube şirkətinin San Fransisko yaxınlığında yerləşən baş qərargahında silahlı hücum nəticəsində üç nəfər yaralanıb.
Polis San Fransiskonun cənubunda, Silikon Vadisində yerləşən biznes kompleksdə nahar fasiləsi zamanı təcili yardım zəngləri almağa başladı.
Şahidlər bir neçə atəş səsləri eşitdiklərini bildirdi.
“Səslər dayanmırdı. Rəhm yox idi. Sanki kütləvi atışma idi.”
Bir şahid atəş açan şəxsi görə bildi.
Dayana Arnspiger, şahid: “O qadın idi və öz silahı ilə atəş açırdı. Mən sadəcə “silahlı şəxs” dedim və hamı qaçmağa başladı.”
Polis bir neçə dəqiqə ərzində hadisə yerinə çatdı.
Ed Barberini, San Bruno Polis rəisi: “Rəsmilər əməkdaşların binadan qaçdıqlarını gördülər. Bu çox xaotik idi. Təsəvvür edə bilərsiniz. Biz yaralılardan birinin restoranlara tərəf getdiyini gördük.”
Polis deyir ki, atəş açmaqda şübhəli bilinən şəxsin cəsədi binada tapılıb. Yaralılar isə hospitala aparılıb.
Brent Anderson, San Fransisko Hospitalı: “İndiyədək üç yaralı gətirilib. İki qadın və bir ikişi. Birinin vəziyyəti kritikdir, birinin vəziyyəti ciddi, digərinin isə vəziyyəti normaldır.”
Polisdən verilən məlumata görə, onlar hal-hazırda hadisə yerində axtarışlar həyata keçirirlər.