Accessibility links

Bakıdan Rusiya dövlət sərhəddinədək yeni avtomobil yolu inşa ediləcək


Avtomobil yolu
Avtomobil yolu

Dekabrın 7-də prezident İlham Əliyev Bakı-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib.

Yolun 45-ci kilometrliyindən başlayaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya Federasiyası sərhəddinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur.

Beləliklə, dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq. 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq üçün körpü və birləşmələr inşa ediləcək, yol hər iki tərəfdən çəpərlənəcək. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Bu işlər tam başa çatdıqdan sonra yolun ümumi uzunluğunun 157 kilometr təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, hazırda Bakıdan Rusiya sərhəddindədək dörd zolıağlı avtomobil yolu fəaliyyətdədir. Yolun müəyyən hissələri betonlaşdırılıb. Bir neçə il önncə bu yol yenidən qurulub.

2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.

“Azəravtoyol” Səhmdar Cəmiyyəti bildirir ki, qeyd edilən mövcud yolların yaşayış məntəqələrindən keçməsi sürət həddinin aşağı, vaxt sərfiyyatının çox olmasına səbəb olur.

“Yaşayış məntəqələrindən keçmədən, mövcud yollara alternativ yolların tikintisi magistral yollarda nəqliyyatın sıxlığını aradan qaldırmaq, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədi daşıyır. Belə ki, yüksək standartlara və normativlərə uyğun olan avtomobil yollarında maksimal sürət həddi olacaq, bu yollarda nəqliyyat vasitələri daha rahat və təhlükəsiz hərəkət edə biləcək”.

Xatırladaq ki, hazırda Bakıdan Rusiya sərhəddinədək dörd zolıağlı avtomobil yolu fəaliyyətdədir. Yolun müəyyən hissələri betonlaşdırılıb. Bir neçə il öncə bu yol yenidən qurulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG