Accessibility links

Yol Hərəkəti Ağrıları adlı rəy sorğusu (audio)


Yol Hərəkəti Ağrıları adlı rəy sorğusu (audio)
Yol Hərəkəti Ağrıları adlı rəy sorğusu (audio)

Dünyanın hər yerində evindən işinə və ya məktəbə getdikləri yol barədə adamlardan soruşun. Çox güman ki, dəhşətli hekayələr eşidəcəksiniz. Lakin 2011-ci il Yol Hərəkəti Ağrıları adlı rəy sorğusuna istinadən texnologiya bu cür hekayələri uğurlu sonluqla təmin edə bilər. Dünyanın 20 şəhərində səkkiz min insana eyni suallarla müraciət olunub.

Vinodh Svaminatan: “Siz avtomobil idarə edərkən əsəbləşirsiniz? Bu səbəbdən əsəb keçirməyiniz sizin məktəbdə və ya evdə rəftarınıza və ya əhvalınıza necə təsir edir? Avtomabil idarə edərkən əsəbləşmək sizə bezərək dönüb evə qayıtmağınıza səbəb olur? Siz nə qədər vaxt tixacda ləngiyirsiz?”

Vinodh Svaminatan IBM-də illik sorğu həyata keçirən intelektual nəqliyyat sistemi üzrə mütəxəssisdir. O, deyir ki, bu sualların məqsədi dünyada ictimayyətin dinamikasını və sürücülərin rəftarını anlamağa cəht etməkdir. O, deyir ki, əsasən iqtisadi inkişafa görə dünyada çətin yol hərəkəti problemi çoxalmaqda davam edir.

Vinodh Svaminatan: “Vətəndaşların çoxlu narahatlıqla üzləşdikləri şəhərlərin bəziləri Yeni Dehli, Banqalor, Pekin və Meksiko şəhərləridir.”

Yol Hərəkəti Ağrıları adlı rəy sorğusu (audio)
Yol Hərəkəti Ağrıları adlı rəy sorğusu (audio)

Bu şəhərlərdə sürücülər vaxtlarının çoxunu yollarda keçirirlər. Lakin Svaminatan yerli rəsmilərin bu problemi aradan qaldırmaq üçün çalışdıqlarını hiss edir. O, deyir ki, sorğu iqtisadi böhrana görə tıxac probleminin dünyanın bir çox yerində azaldığını göstərir. Stokholm, Sinqapur, Madrid və Buenos Ayresdə sürücülər tıxacda 30 dəqiqədən az vaxt sərf etdiklərini deyirlər. Sorğunun nəticələrinə görə ictimayi nəqliyyatdan istifadəyə maraq çoxalıb. Dünya üzrə sürücülərin 40 faizi deyir ki, inkişaf etmiş avtobus və dəmir yol xidmətləri stresin azalmasına yardım edəcək. Svaminatan detir ki, ictimai nəqliyyata marağın artması nəinki, tıxac problemini aradan qaldıracaq həmdə insanların rifahına müsbət təsir göstərəcək. Bu IBM-in Yol Hərəkəti Ağrıları mövzusunda keçirdiyi dördüncü sorğudur.

XS
SM
MD
LG