Accessibility links

Yəmənin silah-sursat zavodunda partlayış baş verib (Yenilənib)


Yəmənin silah-sursat zavodunda partlayış baş verib (Yenilənib)
Yəmənin silah-sursat zavodunda partlayış baş verib (Yenilənib)

Yəmən rəsmilərinin bildirdiyinə görə, silah-sursat hazırlanan zavodda baş verən partlayış nəticəsində azı 78 nəfər həlak olub. Rəsmilər partlayışın Abyan vilayətinin Caar şəhəri yaxınlığındakı zavodda baş verdiyini deyirlər.

Vilayətdən alınan digər məlumatda bildirilir ki, təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında qarşıdurmadan sonra Caardakı hökumət binası yaraqlılar tərəfindən ələ keçirilib. Rəsmilər hökumət qüvvələrinin əks hücuma keçdiklərini və nəticədə bir əsgərin öldürüldüyünü bildirmişlər. Bölgə üzərində Yəmənin hərbi təyyarələrinin uçduğu deyilir.

Dünün isə Əl-Qaidə yaraqlılıarı olamqda şübhələnilən silahlıların Yəmənin Mərib vilayətindəki hərbi qüvvələrə hücum etdiyi və azı 6 əsgərin qətlə yetirildiyi bildirilir.

XS
SM
MD
LG