Yəmən rəsmilərinin bildirdiyinə görə, ölkənin cənubunda İslamçı yaraqlılarına qarşı keçirilən hava hücumları zamanı 3 nəfər öldürülüb. Bir rəsminin Fransa xəbər agentliyinə Caar şəhərində baş verənlər haqda vediyi məlumatda deyilir ki, ölən 3 nəfər Əl-Qaidə yaraqlısının qohumları olub. Keçən ay Əl-Qaidə yaraqlıları olduğundan şübhələnilən silahlı şəxslərin bir neçə əsgəri öldürdükdən sonra yaxınlıqdakı Zincibar şəhərini ələ keçirdikləri, lakin prezident Əli Abdulla Salehə sadiq qüvvələrin şəhəri geriyə almaq üçün əks-hücuma keçdikləri bildirilmişdi. Digər xəbərdə isə yaraqlıların ölkənin cənubundakı yoxlanış məntəqəsinə hücümü zamanı üç əsgərin, iki yaraqlının öldüyü deyilir.