Bu gün Yəməndə on millərlə nümayişçi prezident Əli Abdulla Salehin istefası çağırışı ilə daha bir aksiya keçirib. Aksiya Yəmənin fevral ayından etiraz dalğısına səhnə oaln Taiz şəhərində təşkil edilib. Paytaxt Sanada da prezident əleyihinə etirazlar davam edir. Nümayişçilərlə polis rasında qarşıdurmalar 120 nəfərin ölümünə səbəb olub. Qərb ölkələri nümayişçilərə qarşı zorakılıqları qınayaraq, böhranın siyasi yolla həllinə çağırıb. Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Aşton Yəməndə siyasi keçid dövrünün dərhal başlamalı olduğunu deyib. ABŞ da eyni bəyanatla çıxış edib. Dünən Yəmən prezidenti Əli Abdulla Saleh Körfəz Əməkdaşlıq Şurasının Səudiyyə Ərəbistanında müxalifət təmsilçiləri ilə müzakirələrə razılıq verib.Bəzi müxalifət qrupları danışıqları alğışlayıb. Digərləri isə müzakirələri qəbul etməyib.
Yəməndə prezident Əli Abdulla Salehin istefası çağırışı ilə daha bir aksiya
- Amerikanın səsi