Accessibility links

Yəməndə atışma zamanı 6 adam həlak olub


Yəməndə atışma zamanı 6 adam həlak olub
Yəməndə atışma zamanı 6 adam həlak olub

Yəməndə hökumət əleyhinə qüvvələrə qoşulan qəbilə üzvləri və hökumət qüvvələri arasındakı atışma zamanı 6 adamın həlak olduğu, 25 nəfərin yaralandığı bildirilir. Qarşıdurma qəbulə başçısı Şeyx Sadeq Əl-Əhmərin Sana yaxınlığındakı evi yaxınlığında baş verib. Bu,Yəmən prezidenti Əli Abdulla Salehə hakimiyyətin dinc keçidi barədə beynəlxalq təzyiqlərin artdığı vaxta təsadüf edir. Prezident Körfəz Əməkdaşlıq Şurasının Yəməndə iğtişaşlara son qoyumasına dair razılığa imza atmaq istəmir. Razılığa əsasən prezident 30 gün ərzində istefa versə, məsuliyyətə cəlb edilməyəcək. ABŞ dövlət katibi Hillari Klinton Salehin razılığı imzalamaqdan boyun qaçıqmasına görə dərin narahatlığını bildirib. Şənbə günü Yəmən prezidenti istefa verdiyi təqdirdə, ölkənin bir hissəsinin Əl-Qaidənin əlinə keçəcəyi barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG