Accessibility links

Yəməndə səkkiz gündür nümayişlər davam edir


Yəməndə səkkiz gündür nümayişlər davam edir
Yəməndə səkkiz gündür nümayişlər davam edir

Bu günədək üç nəfərin öldüyü bildirilir

Yəməndə bu gün də etiraz aksiyaları davam edib. Reuters xəbər agentliyi bildirir ki, Taiz şəhərində partladılan qumbara nəticəsində 8 nümayişçi xəsarət alıb.

Ən böyük nümayişlər Yəmən paytaxtı Sənada baş verib. Prezident Əli Abdulla Salehin istefası tələbi ilə “Qəzəb günü” başlığı altında nümayişlər paytaxt küçələrini bürüyüb. Sənada cənab Salehin tərəfdarları ilə anti-hökumət nümayişçilər arasında baş vermiş iğtişaşlar zamanı azı 4 etirazçı yaralanıb. Yəməndə 8 gündür davam edən etiraz aksiyalarında cəmi 3 nəfərin öldüyü bildirilir.

XS
SM
MD
LG