Accessibility links

Yəməndə hökumət qüvvələrilə qiyamçılar arasında atışma olub


Yəmənin təhlükəsizlik xidmətinin rəsmiləri bildirirlər ki, hökumət qüvvələrilə qiyamçılar arasında baş verən atışmalarda 4 əsgər və 2 qiyamçı öldürülüb

Yəmənin təhlükəsizlik xidmətinin rəsmiləri bildirirlər ki, hökumət qüvvələrilə qiyamçılar arasında baş verən atışmalarda 4 əsgər və 2 qiyamçı öldürülüb. Qarşıdurma dünən ölkənin cənub Lahic vilayətində baş verib. Bu arada rəsmilər Əl-Qaida ilə bağlılığı olan yaraqlıların Abyan vilayətinin tayfa ağsaqqalını öldürdüyünü bildirib. Yəmənin zorakılıqlara səhnə olan cənub bölgəsində hökumət qüvvələri həm separatislər, həm də Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılara qarşı mübarizə aparır. Ölkənin şimalında isə hərbi qüvvələr şiə qiyamçılarla döyüşür.

XS
SM
MD
LG