Accessibility links

Yəmən prezidenti hakimiyyətdən gedəcəyini deyir


Yəmən prezidenti hakimiyyətdən gedəcəyini deyir
Yəmən prezidenti hakimiyyətdən gedəcəyini deyir

Yəmən prezidenti Əli Abdullah Saleh elan edib ki, o növbəti dönəm prezidentliyə namizədliyini irəli sürməyəcək. Bu arada müxalifət qrupları diktatorun on illərlə davam edən hakimiyyətinə son qoymaq üçün yeni etiraz aksiyaları planlaşdırır.

Cənab Saleh Yəmən parlamenti qarşısındakı çıxışında bildirib ki, o, 2013-cü ildən sonra prezidentliyini davam etdirməyəcək və hakimiyyəti oğluna ötürməyəcək. Müxalifətçilər cümə axşamını “qəzəb günü” adlandıraraq bütün ölkə boyu nümayişlərə çağırıblar. Nümayişçilər Tunis və Misirdə baş verən xalq üsyanlarından ilham aldıqlarını deyirlər. Xalqa müraciətində cənab Saleh bütün etiraz aksiyalarını dayandırmağa çağırıb. Ötən həftə azı 10 min adam paytaxt Sənada küçələrə çıxaraq prezidentin istefasını tələb etmişdi.

XS
SM
MD
LG