Accessibility links

İraq Kürdüstanında yezidilərin dönüşü təmin edilib [Video]


İraqda azlıqlar
please wait
Embed

No media source currently available

0:00 0:02:54 0:00
İraqda dini azlıqlar illərlə təqiblər obyekti olub. İraqın şimal bölgəsində yerləşən Laleş məbədi yezidi kürdlərin ibadətgahıdır. İraqın yarım milyonluq yezidi kürdləri 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra xristian və müsəlmanların təriqət zəminində hücum hədəfinə çevrilmişdi.

İndi isə muxtar Kürdüstanın regional hökuməti yezidilərin dönüşünü təmin edib. Onların hökumətdə öz nazirləri belə var.
Loğman Sülüyman yezidi müəllimdir. “Əvvəllər buraya rahat gəlmək mümkün deyildi. İndi isə gəlirik. Kürdüstan hökuməti təkcə bizə deyil, bütün xalqlara yaxşı münasibət göstərir. İndi başımız üzərində azad günəş doğur.”

Aeşa Davud Ərbil şəhərindəki Assurian kilsəsinə rəhbərlik edir. Səddam Hüseynin devilrilməsindən sonra xristianlar da yezidilər kimi sünni və şiələrin hədəfinə çevrilmişdi. “İndi bizim kilsələr və məbədlərə insanlar hörmətlə yanaşır. Bizim ibadətgahlarımız insanlar tərəfindən qorunur.”

İraqın Bağdadd və Bəsrə şəhərlərində on minlərlə xristian yaşayır. Bir çoxları xarici ölkələrə və Kürdüstana köçüb. Aeşa Davudun dediyinə görə, onun icması müstəqil Kürdüstan dövlətinin tərəfdarıdır. “Əgər vəziyyət olduğu kimi qalsa, biz kürdləri dəstəkləyəcəyik.”

Xristianların çoxu Ərbil yaxınlığındakı Ainkava şəhərində yaşayır. Burada çayxana əvəzinə barlar işləyir. Ragat Hana Yusif bu şəhərə Bağdaddan, 2005-ci ildə spirtli işkilər dükanı bombalandıqdan sonra köçüb. “Kürdüstan İraqın digər bölgələrindən fərqlənir. Çünki burada söz azadlığı var. Burada demokratiya və ən əsası təhlükəsliklik var.”

Kürdüstanın regional hökuməti isə hər bir dinə etiqad edən insanları təmsil etdiyini bildirir. Əgər burada sabit demokratiya hökm sürsə, İraqın azlıqları üçün dini tolerantlıq prioritet olacaq.
XS
SM
MD
LG