Accessibility links

Yerli media Ağstafa rayon icra hakimiyyəti başçısının saxlanıldığını bildirir


Nizaməddin Quliyev
Nizaməddin Quliyev

Ağstafa Rayon (Bakıdan 470 kilometr qərb) İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə yerli media məlumat yayıb.

Hər iki rəhbər şəxsin saxlanılmasının səbəbləri bəlli deyil.

Hüquq mühafizə orqanları da hələ rəsmi məluimat yaymayıb.

Ağstafa rayon Prokurorluğundan Amerikanın Səsinə bildiriblər ki, prokurorluqda Aqstafa rayon İcra Hakimiyyəti başçısı və onun müavini ilə bağlı cinayət işi açılmayıb.

Ağsataf rayon İcra Hakimiyyətinin başçısının köməkçisi isə Amerikanın Səsinə hirsli şəkildə icra hakimiyyəıti başçısının hazırda işdə olduğunu bildirib.

Yerli medianın yadığı məlumata görə, icra hakimiyyəti başçısı və onun birinci müavini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Öz növbəsində, Ağstafa rayonunda yerli əhali arasında rayon icra hakimiyyəti başçısı ilə yanaşı onun hər iki müavininin gecə saatlarında qara maska geyinmiş şəxslər tərəfindən saxlanıldığı barədə şayiələr gəzir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən hələ şərh almaq hələ mümkün olmayıb.

XS
SM
MD
LG