Accessibility links

Yerevenda nümayiş keçirilib


Yerevenda nümayiş keçirilib
Yerevenda nümayiş keçirilib

Ermənistan paytaxtı Yerevanda minlərlə müxaifət tərəfdarı nümayiş keçirərək hökumətin istefasına və Yaxın Şərqin başqa guşələrində baş verdiyi kimi xalq üsyanına çağırıblar. Paytaxtın mərkəzi meydanında izdihama müraciət edən müxalifət lideri və sabiq prezident Levon Ter-Petrosyan hazırkı prezident Serj Sakisyanı Tunis və Misirin devrilmiş prezidentlərinə oxşadıb.

Cənab Ter-Petrosyan bildirib ki, erməni xalqının rifahı heç də Tunis və ya Misir xalqının durumlarından fərqlənmir. Onun sözlərinə görə Ermənistanın hazırkı hökuməti eyni dərəcədə diktatorial və nifrət doğuran bir rejimdir.

Dünən hakim koalisiyanı təşkil edən partiyalar cənab Sarkisyanın yenidən prezident seçilməsinə dəstək veriblər. Onlar 2013-cü ildə Serj Sarkisyanın namizədliyini dəstəklədikləri haqda memorandum imzalayıblar.

XS
SM
MD
LG