Alimlərin yeni fərziyyələrinə görə Yer Kürəsi ətrafında bir vaxtlar iki Ay dövrə vururdu. Günəş sisteminin ilk dövrlərində meydana gələn bu iki planet sonradan toqquşaraq tədricən bir Aya çevrilir.
Alimlər Ayın təxminən 4.5 milyard il bundan əvvəl Mars ölçüdə bir obyektin Yer Kürəsinə dəyməsi nəticəsində əmələ gəldiyinə inanır. Beləliklə ehtimal edilir ki, çırpılma nəticəsində göyə sovrulan qırıntılar bir yerə toplaşaraq bir müddətdən sonra Ayın yaranmasına səbəb olub.
Astronomlar Ayın görünən tərəfindəki ləkəyə bənzər kratorla Ayın gözdən uzaq tərəfində, ancaq Apolo astronavtlarının görə biləcəkləri dərəcədə uzaqlıqda daha da geniş krator və 3000 metr hündürlükdə silsilə dağlar arasındakı nöqtəni ay şaxələnməsi adlandırır. Lakin Kaliforniya Santa Kruz universitetinin alimi Erik Asfauq astronomlarının bu fərziyəsi ilə razılaşmır. Kompyuter modelindən istifadə edərək Asfauq və İsveçrədə Bern Universitetində tədqiqatçı Martin Cutiz Ayın görünən hissəsi ilə qaranlıq hissəsində baş verən coğrafi şaxələnmənin hansı səbəbdən baş verdiyin izah etməyə çalışır. Onlar Ayın qonşuluğunda yerləşən və saniyədə iki kilometrdən az sürətlə hərəkət edən daha kiçik Ayla toqquşduğunu düşünürlər.
Asfauq: `Bu iki göy cisminin biri birinə çox yaxın yerləşməsi və Aya çırpılan ikinci obyektin həcmcə nisbətən daha kiçik olmasına görə toqquşma yavaş baş verib. Beləliklə kiçik Ay böyük Aya çırpılarkən dərin krator yarada bilməyib.`
Görəsən iki Ay arasında toqquşma necə baş verib? Alimlər düşünürlər ki, kiçik Ayla böyük Ayın tərkibi eyni daş qırıntılarından ibarətdir və kiçik Ay milyonlarla il böyük Ayla Yer Kürəsi arasında dövrə vurub. Eyni tərkibdən ibarət olduğundan nəhayət böyük Ay kiçik Ayı maqnit kimi özünə çəkib.
Pol Spudis Texasın Hyuston şəhərində Ay və Planetlər institutunda alimdir. Spudis fərziyəyə dair hər-hansısa rəy bildirməkdən ehtiyat edir.
Spudis: `Bu maraq oyadan ideyadır və bir çox başqa ideyalar kimi biz bunu ehtiyatla qiymətləndirməliyik. Mən nə bu ideyanı dəstəkləyirəm, nə də inkar edirəm. Mən çalışıram hələlik bu məsələyə skeptik yanaşım.`
Alimlər Ayın görünən və qaranlıq hissələrindən mineral nümunələri müqaisə etməklə onun şaxələnməsinə cavab tapacaqlarına inanır. ABŞ-ın fəza agentliyi NASA gələn ay astronomların Ayı daha yaxşı anlamasına kömək etmək məqsədi ilə missiya həyata keçirəcək. GRAIL adlanan bu missiya zamanı qoşa kosmik aparatlar orbitdə biri-birinin ardınca Ayın ətrafında dövrə vuraraq onun cazibə sahəsini ölçəcəklər.
Alimlər ümid edir ki, Ayın üzərindəki şaxələri təhlil edəcək missiya onlara günəş sistemində planetlərin formalaşmasını anlamağa kömək edəcək.