Yeni Zelandiyada vulkan püskürməsi səbəbi ilə itkin düşənlərin axtarışı davam etdirilir. Bazar ertəsi baş verən təbbi fəlakət nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Polis və dəniz donanması dalğıcları Bəyaz ada yaxınlığında görülən iki cəsədi tapmağa nail olmayıb. Rəsmilər vəziyyəti "unikal və mürəkkəb adlandırır. Belə ki, sular vulkandan zəhərlənib, dalqıclar isə xüsusi qorunma geyimlərindən istifadə edib.
Daha bir axtarış əməliyyatının keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Cümə günü daha bir vulkan təhlükəsinə baxmayaraq, dalğıclar 6 cəsədi aşkar etməyə nail olub.
Yeni Zeladiyanın baş naziri Casində Ardern bütün qurbanların tapılmasını prioritet elan edib.
Polis qurbanlardan birincisinin kimliyini müəyyən edib. 21 yaşlı avstraliyalı Kriatl İv Brovitt ailəsi ilə bayram tətillərinə çıxan şəxs olub.
Baş nazir hadisənin baş verdiyi 14:11-də ölkədə bir dəqiqəlik sükut elan ediləcəyini bəyan edib.
Baş nazir vulkanın püskürdüyü an adada 47 nəfərin olduğunu bildirib. Onlar arasında Avstraliya, Britaniya, ABŞ, Çin və Malayziya vətəndaşları olub.