Accessibility links

Yeni Zelandiya COVİD-19-a yeni yoluxmalara görə karantin rejiminə qayıdır


Yeni Zelandiyada ölkənin ən böyük şəhəri olan Oklenddə COVID-19-a dörd yoluxma halı aşkar edildikdən sonra yenidən məhdudiyyətlərin tətbiqinə başlanılıb. Bu, son 100 gündə koronavirusa ilk təsdiqlənmiş yoluxma hallarıdır.

İyun ayında Yeni Zelandiya COVID-19-a qarşı mübarizədə qələbə qazandığını elan etdi. Baş nazir Yacinda Ardern ölkənin "virusun qarşısını almaq üçün görünməmiş şəkildə birləşdiyini" dedi. Məhdudiyyətlər ləğv edildi və beynəlxalq sərhədlərinin bağlı qalmasına baxmayaraq, Yeni Zelandiya pandemiyadan əvvəlki həyatına qayıtmağa başladı.

Lakin koronavirus yox olmamışdı. Yoluxmaların olmadığı üç aydan çox müddətdən sonra Oklenddəki bir ailədə dörd yoluxma halı aşkar edilib. Onlardan heç biri bu yaxınlarda xarici ölkələrə getməyib. Hazırda təcili olaraq xəstəliyin mənbəyi araşdırılır.

1,6 milyon əhalisi olan Oklenddə üçüncü mərhələdə məhdudiyyətlərə məruz qalır. Məktəblərlə yanaşı barlar və restoranlar da bağlanıb. Zəruri xidmətlərdə çalışanlardan başqa işçilərə evdə qalmall olduqları bildirilib. Məhdudiyyətlər azI üç gün davam edəcək. Toplaşmalara məhdudiyyətlər və sosial məsafə kimi daha yüngül tədbirlər isə Yeni Zelandiya boyu tətbiq olunur.

Səhiyyə naziri Kris Hipkins Yeni Zelandiya radiosuna hökumətin xarici ölkələrdə olduğu kimi, o cümlədən Avstraliyanın Melburn şəhərindəki kimi yoluxma hallarının artmsının qarşısını almaq istədiyini deyib.

“Biz burada çox ehtiyatlıyıq. Sürətlə hərəkə etməyimizin və Oklenddə üçüncü mərhələdə məhdudiyyətlərin tətbiq edilməsinin səbəblərindən biri də Melburndakı vəziyyətə düşməməkdir və bunun üçün əlimizdən gələni etmək istəyirik“ - deyə, Hipkins bildirib.

Məhdudiyyətlərin yenidən tətbiq edilməsindən bir gün əvvəl, rəsmiərin buna ehtiyacın olmadığını bildirməsinə baxmayaraq, çərşənbə axşamı supermarketlərdə çox sayda insanın növbələrdə dayandığını görmək olub.

Ümumdünya Səhiyyə Təşkilatı Yeni Zelandiyanı digər ölkələrə nümunə göstərərək, virusun icmada yayılmasının qarşısını uğurla aldığını vurğulamışdı. Virusun yenidən ortaya çıxması onun kökünü kəsməyin nə qədər çətin olduğunu göstərir.

Avstraliyanın Yeni Cənubi Uels və Viktoriya ştatları da daxil edilməklə, bəzi ştatlarında COVID-19 yenidən baş qaldırdığı üçün ciddi məhdudiyyətlər tətbiq edilib.

XS
SM
MD
LG