Accessibility links

İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinə yeni vali təyin olunub


Məhəmməd Sadıq Möhtəmidiyan və Zeynəlabidin Rəzəvi Xürrəm
Məhəmməd Sadıq Möhtəmidiyan və Zeynəlabidin Rəzəvi Xürrəm

Prezident İbrahim Rəisi bazar günü keçirilən nazirlər kabinetinin iclasında Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Rəzəvi Xorasan vilayətlərinə təyin olunan yeni valilərin adlarını açıqlayıb.

Dövlət agentliyi IRNA-ya istinadən, mühafizəkar siyasətçi Məhəmməd Sadıq Möhtəmidiyan Qərbi Azərbaycan valisi olaraq və İslam İnqilabı Qvardiyasının (Sepah) komandirlərindən General Zeynəlabidin Rəzəvi Xürrəm və General Yaqubəli Nəzəri müvafiq olara Şərqi Azərbaycan və Rəzəvi Xorasan vilayətlərinə vali təyin olunub.

Əslən Kirmanşah vilayətindən olan Məhəmməd Sadıq Mötəmidiyan Qərbi Azərbaycanın sabiq valisi əslən Şimali Xorasandan olan Məhəmməd Mehdi Şəhriyarinin yerinə gəlir.

Türk fəallar və bəzi yerli siyasətçilər daxil olmaqla, Qərbi Azərbaycan vilayətində bir çox ictimai fəal növbəti valinin də yerli olmadığına etiraz edirlər.

Mötəmidiyanın adı bir neçə gün öncədən Qərbi Azərbaycan valiliyi vəzifəsinə ən ciddi namizəd olaraq İran mediasında keçirdi.

Urmiyə şəhər şurasının üzvü Tumac Vəhid Afşar keçən həftə öz Twitter səhifəsində “ardıcıl olaraq yerli olmayan yeni bir valini təhəmmül etməyə Qərbi Azərbaycanın taqətinin qalmadığını” yazıb.

Cənubi və Rəzəvi Xorasan vilayətlərinin sabiq valisi olan Məhəmməd Sadıq Mötəmidiyanı İRNA agentliyi “etnik məsələlər üzrə araşdırmaçı və ekspert” kimi təqdim edib.

Mötəmidiyan daha əvvəl Urmiyə Universitetində təhsil aldığı zaman Qərbi Azərbaycan vilayətində yaşayıb. O, iqtisadiyyat üzrə bakalavr və idarəetmə üzrə magistr dərəcəsini həmin universitetdən alıb.

XS
SM
MD
LG