Accessibility links

Yeni Hollivud Filmləri: “Tower Heist” və “The Son of No One” (video)


Yeni Hollivud Filmləri: “Tower Heist” və “The Son of No One” (video)
Yeni Hollivud Filmləri: “Tower Heist” və “The Son of No One” (video)

“Tower Heist”

Columbus Circle göydələnində işgüzar şirkət işçiləri investorların öz pullarını özlərinə gəlir şəklində verən saxtakar icarəçi və zəngin Wall Street biznesmeninin qurbanına çevriləndə onlar biznesmenin Penthaus mənzilini yarmaq qərarına gəlirlər.

Oğurluqda təcrübəsiz olduqlarından onlar Slayd adlı cinayətkarın köməyindən istifadə etməli olur. Bundan başqa dəstəyə müflisləşmiş biznesmen cənab Fitzuqidə qoşulur. Onlar bərabər zəngin biznesmenin işi ilə məşğul olan xüsusi agent Kleyr Denhamdan yayınaraq biznesmen Şavsın mənzilinə daxil olub oğurlanmış pullarını çırpışdırmaq istəyirlər.

Yeni Hollivud Filmləri: “Tower Heist” və “The Son of No One” (video)
Yeni Hollivud Filmləri: “Tower Heist” və “The Son of No One” (video)

“Tower Heist” filminin rejissoru Bret Ratner, ssenari müəllifi isə Adam Kuper, Bill Kolec və Rassel Qevirz və başqalarıdır. Baş rollarda Ben Stiller, Edi Merfi, Mət Broderk və başqaları çəkiliblər.

“The Son of No One” filmi 2010-cu ildə Nyu-Yorkun Queens rayonunda atışma səhnələri ilə başlayır. Tatum adlı gənc polis zabiti boya-başa çatdığı Queens rayonunda bir məhəlləyə nəzarət etmək üçün polis şöbəsinə rəis təyin edilir. Həyat yoldaşı və xəstə qızının qayğısına qalmaq üçün o çox işləyir. Lakin unudulmuş sirlər üzə çıxdıqda Tatumun həyatı təhlükə ilə üz-üzə qalır. Anonim mənbə iki oğlanın iştirak etdiyi və polisin cinayəti gizlətdiyi ehtimal edilən həll edilməmiş qətl hadisəsi haqda yeni məlumatları aşkara çıxardıqda, məhəllədə yeni hadisələr baş verməyə başlayır.

Filmin rejissoru və ssenari müəllifi Dito Monteyldir, baş rollarda Çaninq Tatum, Treysi Morqan, Keyti Holmes, Rey Liotta, Culiyetta Binoç və Al Paçino çəkiliblər.

“The Son of No One”

Yeni Hollivud Filmləri: “Tower Heist” və “The Son of No One” (video)
Yeni Hollivud Filmləri: “Tower Heist” və “The Son of No One” (video)

XS
SM
MD
LG