2001-ci il sentyabr ayının 11-i Dünya Ticarət Mərkəzində partlayış baş verir.
On bir yaşlı Oskar Skelin atası qoşa qüllələrdən birində partlayış zamanı həlak olur.
Cavan həvəskar ixtiraçı Oskar mərhum atasından qalmış əşyaların içində açar aşkar edir və o, Nyu York şəhərində atasından qalmış sirli açarın aça biləcəyi qıfılı axtarır. Oskar atasının həlak olduğu günü həyatının ən pis günü hesab edir və onu ən dəhşətli qorxuları ilə üz-üzə qoyan qəribə bir şəxslə əlaqə saxlamağa başlayır.
Oskar qıfılı tapmaq məqsədi ilə Nyu Yorkun beş məhəlləsini dolaşarkən hər biri bu və ya digər yolla xilas olmuş fərqli insanlarla qarşılaşır. Nəhayət Oskar həsrətində olduğu atası, ona uzaq görünən anası və ətrafındakı bütün səs- küylü, təhlükəli və narahat dünya arasında görünməmiş əlaqələri aşkar etməyə başlayır.
Conatan Safranın məşhur bestseller kitabına istinadən yazılmış “Extremely Loud & Incredibly Close” ssenarisinin müəllifi Erik Rotdur. Filmin rejissoru Stefen Daldridir. Baş rollarda Tom Hanks, Sandra Ballok, Tomas Horn, Maksvon Sidov və başqaları çəkilib.
“Extremely Loud & Incredibly Close”