Şahidlərin bildirdiyinə görə, Yəməndə şiə üsyançılar paytaxt Sənada prezident iqamətgahına hücum edib.
Huti üsyançı qrupu baş nazirin iqamətgahının mühasirəyə alınmasından sonra yaranmış qarşıdurmaya son qoyulması üçün danışıqlar apardığını bildirib.
Keçən həfətnin şənbə günü hökumətin yeni konstitusiya layihəsi üzərində işlədiyi vaxt Huti üsyançı qrupu prezident aparatının rəhbərini qaçırmııdı.
Yəməndə azlıqda olan şiələrə daha geniş hüquqların verilməsinə çağıran Huti qüvvələri sentyabr ayından paytaxt Sənanın nəzarətini ələ alıb və bundan sonra yeni hökuməatin təşkilinə çağıran razılaşma imzalayıb.
Yəmən artıq bir müddətdir daxili çəkişmələrə səhnə olub. Huti hərakatı ölkənin şimal regionlarında ənənəvi hüdudlarından kənara çıxıb, separatçılar ölkənin cənubunda öz tələblərini gücləndirir, Ərəbistan yarımadasında Əl-Qaidə qrupu isə həm Yəmənin özündə, həm də ölkə xaricində bu ayın əvvəli Fransada Charlie Hebdo dərgisi də daxil olmaqla terror hücumlarına görə məsuliyyəti öz üzərinə götürür.