Accessibility links

Yəmən paytaxtında bomba hücumu 30 nəfətin həyatına son qoyub


Təhlükəsizlik rəsmiləri bildirib ki, Yəmən paytaxtı Sənada avtomobilə yerləşdirilmiş bombanın polis akademiyasının qarşısında partlaması təxminən 30 nəfərin ölümünə, 40 nəfərinsə yaralanmasına səbəb olub.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Üç ilə əvvəl Abdulla Salehin hakimiyyətdən devrilməsindən sonra fərqli qrupların hakimiyyət uğrunda mübairizəsi nəticəsində Yəmənin paytaxtı bir neçə dəfə bomba hücumları və digər hücumlara səhnə olub.

Şiə Huti üsyançıları sentyabr ayında paytaxta nəzarəti ələ alaraq Ərəbistan Yarımadasında Əl-Qaidə yaraqlıları və digər sünni qəbilələrlə toqquşub.

XS
SM
MD
LG