ABŞ ordusunun məlumatına görə, Yəməndə Əl-Qaidənın cinahına qarşı hava hücumları nəticəsində 13 yaraqlı öldürülüb,1-i isə yaralanıb.
Mənkəzi Komandanlığın bəyanatında deyilir ki, Yəmənin mərkəzi Şabvah vilayətinə avqustun 24-dən sentyabrın 4-dək havadan 3 zərbə endirilib. Sənəddə Əl-Qaidə yaraqlılarının bölgəyə ən böyük təhlükə olaraq qaldığı bildirilir.
“Əl-Qaidə Yəməndə sabitsizliyi dərinləşdirməklə yanaşı, Amerika və onun maraqlarına gələcək hücumlar planlaşdırır" -deyə bəyanatda qeyd ediib.
America yaraqlılara qarşı hücumlarda dronlardan istifadə edib. Son 7 il ərzində qrupun liderlərinin bəzilərinin öldürülməsi ilə nəticələnən 100 çox hücum həyata keçirilib.
İyul ayında Ağ Ev Yəmən, Pakistan və Əfqanıstanda 64 mülki vətəndaşın hücumların qurbanı olduğunu etiraf edib.
İnsan hüquqları müdafiəçiləri bu göstəricinin daha yüksək olduğunu iddia edir.