Səudiyyə Ərəbistanının gəmiləri ilə xarici diplomatlar Yəməndən evakuasiya edilib. Diplomatlar Ədən şəhərindən Qırmızı dənizin liman şəhəri Cəddəyə aparılıb.
Evakuasiyaya səbəb bu yaxınlarda ölkəni tərk edən prezident Əbd-Rəbbi Mənsur Hadinin tərəfdarları ilə ona qarşı olan qüvvələr arasında gedən qızğın döyüşlər səbəb olub.3 gündür davam edən döyüşlər zamanı 61 nəfər həlak olub, 203 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının ordu rəsmisi huti döyüşçülərinə qarşı hava hücumlarının davam etdiriləcəyini deyib. O, Yəmən hökumətinin müdafiəsinin əməliyyatın mühüm hissəsi olduğunu bildirib.
Dünən Səudiyyə və Misirin qırıcı təyyarələri strateji əhəmiyyət kəsb edən Bab Əl-Məndəb boğazına göndərilib. Bu boğaz Qırmızı dənizə əsas girişdir.
Səudiyyə Ərəbistanının başçılığı altında Yəmənin bir çox hissəsinin nəzarətini ələ keçirən şiə Huti qrupunu devirmək məqsədi daşıyan regional səylər çərçivəsində döyüş təyyarələri Yəməndəki üsyançı hədəflərinə hücum edib.
Rəsmilərin və şahidlərin sözlərinə görə, cümə günü koalisiyanın döyüş təyyarələri hərbi bazalar daxil olmaqla, üsyançıların paytaxt Sənada nəzarət etdiyi digər hədəfləri də bombalayıb.