Accessibility links

Yəməndə hava hücumları həyata keçirilib


BMT-nin baş katibi Ban Ki-Mun Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə həyata keçirdiyi hava hücumunu qınayıb. Şənbə günü baş vermiş hava hücumu əməliyyatında 10 nəfər həlak olub.

Sərhədsiz Həkimlər təşkilatının bildirdiyinə görə, raket Haydan şəhərində yerləşən məktəbə düşüb və 28 nəfər yaralanıb. Həlak olanlar və yaralananlar 8-15 yaşları arasında olub.

Səudiyyənin başçılıq etdiyi koalisiya hücumlara 2015-ci il mart ayında başlayıb və Yəmənin prezidenti Abdu Rabu Mansur Hadini dəstəkləyir. Huti üsyançıları Hadi hökumətini paytaxtdan çıxarıb.

İnsan haqları qrupları hər iki tərəfi mülkü vətəndaşları qorumamaqda ittiham edir. BMT-nin göstərdiyi sülh səyləri münaqişənin başa çatmasına müvəffəq olmayıb.

Koalisiya qüvvələrinin sözçüsü Fransa xəbər agentliyinə bildirib ki, hücumlar Huti üsyançılarının təlim düşərgələrini hədəf alıb və Yəmən hökuməti ərazidə məktəbin olmadığını bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG