Yəmənin təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Yəmən döyüşçülərinin bir hücumda Əl-Qaidənin 800-dən çox yaraqlısını öldürməsi haqda məlumatın verilməsindən bir gün sonra cənubda yerləşən Mukəlla şəhəri geri alınıb.
Yəmən ordusu Mukəllaya keçən ildən bəri Ərəbistan Yarımadasında Əl-Qaidənin nəzarətində olan bu şəhərdə iki gün həyata keçirilən hava hücumlarından sonra daxil olub.
Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri bazar ertəsi bir hücum nəticəsində 800-dən çox Əl-Qaidə yaraqlısının öldürüldüyünü bildirib.
Koalisiyanın bəyanatında hərbi əməliyyatların Yəmən hökumətinə beynəlxalq dəstək səylərinin bir hissəsi olduğu deyilir.