Accessibility links

Yəmən prezidenti Ər-Riyadda müalicə olunduqdan sonra xəstəxanadan çıxıb


Yəmən prezidenti Ər-Riyadda müalicə olunduqdan sonra xəstəxanadan çıxıb
Yəmən prezidenti Ər-Riyadda müalicə olunduqdan sonra xəstəxanadan çıxıb

Səudiyyə Ərəbistanının və Yəmənin rəsmiləri Yəmən prezidenti Əli Abdulla Salehin iyunun 3-də Sənada hücumdan sonra Ər-Riyadda müalicə olunduğu xəstəxanadan çıxdığını bildirirlər. Rəsmilər cənab Salehin xəstəxanadan şənbə günü çıxdığını və Səudiyyə hökumətinin ayırdığı iqamətgahda yerləşdiyini deyirlər.Onun Yəmənə nə zaman qayıdacağı haqda bir söz deyilməyib.

Cənab Saleh onun 33 illik avtokratik idarəçiliyinə qarşı ölkədə altı aydır sürən etiraz aksiyalarına baxmayaraq, hakimiyyətdən getməkdən imtina edir. Prezidentin ölkədə olmadığı müddətdə onun səlahiyyətlərini Abid Rabo Mənsur Hadi icra edir.

Birləşmiş Ştatlar cənab Salehi Körfəz Əməkdaşlıq Şurasının hazırladığı planı qəbul etməyə çağırıb. Plana əsasən, cənab Saleh mühakimə olunmamaq müqabilində 30 gün ərzində səlahiyyətlərinin icrasını müavininə ötürməli idi. Lakin Yəmən prezidenti planı qəbul etməkdən imtina etmişdir.

XS
SM
MD
LG