Accessibility links

Yəməndə toqquşmalar zamanı 30 nəfər həlak olub


Yəmənin cənubunda silahlı qüvvələr və Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılar arasında toqquşmalar 30 nəfərin ölümülə nəticələnib.

Yəmən rəsmilərinin bildirdiyinə görə, döyüş yaraqlıların Ləhic vilayətində yerləşən Mallah şəhərində ordu postuna hücum etməsindən sonra başlayıb. Abyan vilayətinə yaxın olan bu ərazi Əl-Qaidənin istinadgahı hesab olunur.

Hücuma görə məsuliyyəti Ənsar Əl-Şəriə yaraqlı qrupu öz üzərinə götürüb. Qrup bundan əvvəl Yəmənin cənubunda Taiz şəhərində amerikalı müəllimin ölümünə görə məsuliyyəti öz üzərinə götürmdüşdü.

Bu arada, humanitar yardım təşkilatları Yəməndə qızılca xəstəliyinə qarşı peyvənd kampaniyasına başlayıb. Artıq dörd min adamın xəstəliyə tutulduğu bildirilir. BMT ölkədə keçən il yayılmağa başlayan xəstəlik nəticəsində 170 uşağın öldüyünü bildirir.

UNİSEF-in Yəməndə nümayəndəsi Amerikanın səsinə bildirib ki, xəstəlik xüsusilə uşaqlar üçün daha böyük təhlükə təşkil edir.

XS
SM
MD
LG