Accessibility links

Yəhya Hendi: Mən feminist imamam

Corctaun Universitetinin imamı qadın hüquqları, münaqişələr, dinin münaqişələrin həllində rolu və Fətullah Güləndən danışıb

Amerikanın Azәrbaycandakı sәfiriri öz iqamətgahında Azərbaycanda Amerika Günləri festivalı çərçivəsində
Corctaun Universitetinin imamı Yәhya Hendinin şərəfinə qәbul təşkil edib.

Səfir Robert Sekuta deyib ki, imam Azərbaycanda dini mövzularda məruzələr edir, müzakirәlәr aparır.

“İmam Yəhya Hendinin tәmsil etdiyi Corctaun Universiteti ABŞ-ın ilk vә әn qәdim katolik universitetidir. Buna baxmayaraq universitetlərdə bütün dinlәrә hörmәtlә yanaşılır və dini tolerantlıqla bağlı zәngin tәcrübәyә malikdir”, cənab Sekuta qeyd edib.

İmam Yәhya Hendi çıxışına qadın hüquqlarının müdafiəsinin vacibliyi ilə başlayıb və feminist imam olduğunu diqqətə çatdırıb. Onun fikrincə, qadınlar dövlətdə və dində qərarverici səviyyələrdə təmsil olunmalıdır.

Daha çox yüklə

XS
SM
MD
LG