Accessibility links

Bakıda yəhudi məktəbinin müəllimlərinə qarşı terror hazırlayan qrupa hökm oxunub


Bakıda yəhudi məktəbi
Bakıda yəhudi məktəbi

Qrup üzvləri 8 ildən 14 ilədək məhkum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşlara qarşı terror aktlarının hazırlanmasında ittiham olunan üç nəfərin işi üzrə proses başa çatıb. Məhkəmə Rasim Əliyevi 14 il, Əli Hüseynovu 13, Rauf Abdullayevi 8 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 277-ci (ictimai xadimlərə sui-qəsdlərin hazırlanması), 206.3.2 (odlu silah qaçaqmalçılığı) maddələri ilə ittiham olunur.

Milli Təhlükəsizlik Nazirliyinin bu ilin yanvarında həmin şəxslərin həbsi barədə məlumat verib. Hazırlanmaqda olan terror aktlarının əsas iştirakçısı Dadaşov Balaqardaş İranın Ərdəbil şəhərində gizlənir. O, banditizm, adam oğurluğu, qarət və İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq barəsində axtarış elan edilib.

İstintaqın versiyasına görə, baş tutmayan terror aktlarının təşkilatçısı Dadaşov olub. O, qrup üzvlərini silah və digər lazım olan vasitələrlə təchiz edib. AzTV dövlət kanalı ilə göstərilən süjetdən belə nəticəyə gəlmək olar ki, nəzərdə tutulan hücumların obyekti Bakıda yəhudi məktəblərinin müəllimləri olub.
XS
SM
MD
LG