Patriarxal cəmiyyət qadınlardan oğlan doğmağı tələb edir, qızlar isə ikinci növ adam hesab edilir. Bəzən isə hətta, qız dünyaya gətirən anaları döyüb, ataları isə “brakodel” (qüsurlu iş görən) adlandırırlar.
90-cı illərdə, uşağın cinsiyyətini hamiləliyin erkən zamanlarında aşkar edilməyə başladıqdan sonra, bu cür cəmiyyətlərdə seçimli abortlar yayılmağa başladı. Bir çox ailələr istənilməyən qız övladlarından qurtulmağa başladı. Bu isə öz növbəsində cinsi disbalansa səbəb oldu.
Cənubi, Cənubi-Şərqi və Orta Asiyada kişilər və qadınların sayı arasında ən azı 170 milyon fərq var.
BMT-nin verdiyi məlumata görə, Cənubi, Cənubi-Şərqi və Orta Asiyada kişilər və qadınların sayı arasında ən azı 170 milyon fərq var. Qafqazda da gender vəziyyəti qəlizdir.
Azərbaycanda hər 100 qıza 114 oğlan düşür, Ermənistanda 112, Gürcüstanda isə bu rəqəm 109-dur. Norma isə hər 100 qıza 106 oğlandır.
Kifayət, Bakavan, Kistaman..
Azərbaycanda belə bir adət var – toyda bəyin qardaşı gəlinin belinə bakirəlik simvolu olan qırmızı lent bağlayır. Bu zaman o “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” ifadəsini deyir. Həmçinin ailədə ikinci, üçüncü və ya dördüncü qız uşağının adını “daha qız bəsdi” mənasını verən Qızbəsti, Kifayət və ya Yetər qoya bilərlər.
Ermənistan istənilməyən qız övladına Bakavan “bəsdi” adını qoyurlar.
Ermənistanda gəlini bəyin evinə gətirdikdə ona hədiyyələr və öz ailəsinə oğlan dünyaya gətirsin deyə sonda qucağına oğlan uşağı verilir. Burada istənilməyən qız övladına Bakavan “bəsdi” adını qoyurlar.
Dağıstanda bucür istənilməyən qızları Kistaman (“bsədi qız”) və ya Ulangerek (“oğlan ver”) adlandırırlar. Qumuqlarda belə bir atalar sözü də var – “Kərpicdən belə qızdan daha çox xeyir var”.
Nastoyaşee Vremya qız övladlarına hamilə olduqlarını bildikdən sonra abort etmək qərarı almış bir neçə qadının hekayəsini paylaşıb. Məqalədəki bəzi adlar iştirakçıların xahişi əsasında dəyişdirilib.
“Mən də qatiləm”
Azərbaycandan olan 30 yaşlı Əminə Əliyeva üçüncü dəfə qız övladına hamilə olduğunu bildikdə ailəsi ona uşaqdan azad olmağı tələb edib.
“Biz qayınanam və yoldaşımla uşağın cinsiyyətini öyrənməyə getdik. Həkim qız olduğunu dedikdə, onlar üçün sanki dünyanın sonu gəlmişdi. Onlar mənə abort etməli olduğumu dedilər,” Əminə deyir.
Biz həyatdakı ən böyük günahımızı işlətdik. Bizim hamımız – ana, ata, nənə - köməksiz varlığı vəşhicəsinə öldürdük.
Hətta həkim belə ona abort etməyi məsləhət görürdü, qadının narazılığına həyat yoldaşı boşanmaq və qız uşaqlarını əlindən almaqla hədələyirdi. Sonda Əminə abort etməyə razılaşıb. Lakin o düşünür ki, 15 həftəlikdə olunan abort qeyri-qanuni olub. Çünki Azərbaycan qanunvericiliyinə görəbu əməliyyatı hamiləliyin 12-ci həftəsinədək etmək olar.
“Bu qatillər mənim doğulmamış uşağımın əllərini, ayaqlarını kəsdilər. Lakin mən də onlar kimi qatiləm. Biz həyatdakı ən böyük günahımızı işlətdik. Bizim hamımız – ana, ata, nənə - köməksiz varlığı vəşhicəsinə öldürdük,” Əminə deyir.
“Ayaqları ilə qarnımı təpikləyirdi”
Azərbaycandan olan Elnaz Cavadovanın iki qızı var. Lakin onun üçün onları dünyaya gətirmək onun üçün böyük bir sınaq olub. Gələcək övladın cinsi məlum olan kimi, həyat yoldaşı və qayınana abort eləməyi tələb edirdilər. Elnaz hər dəfə imtina edəndə, həyat yoldaşı onun döyürdü.
“Döyürdü yumuşaq formadadır. Qarnımı təpikləyirdi, stulun ayağını qırıb onunla uşaq düşsün deyə belimə belimə vururdu. Lakin, Allaha şükürlər olsun ki, onlar sağlam doğulublar,” o deyir.
Elnazın sözlərinə görə, uşaqların cinsiyyəti yalnız hamiləliyin 5-6-cı həftəsində məlum olurdu. Bu səbəbdən də, həkimlər abort etməyə imtina edirdi: “Yoldaşım həkimlərə aborta razılıq versinlər deyə külli miqdarda pul aparırdı. Lakin həkim məni yaxınlarına belə buraxmırdılar. Onlar mənim də əməliyyat zamanı ölə biləcəyimi, əməliyyat zamanı artıq formalaşmış dölün bətndən qaşınması kimi günahı öz üzərlərinə götürə bilməyəcəklərini söyləyirdilər.”
"Yoldaşım və anası mənə qulaq asmırdı"
Narine Ermənistanda yaşayır. Onun həyat yoldaşı Rusiyada işləyir və ildə iki dəfə ailəsinin yanına gəlir. Hər səfərində o Narineyə yalnız iki qızının olduğunu və ailə oğlan lazım olduğunu xatırlayır. Narine üçüncü dəfə hamilə olduqda, uşağın yenidən qız olduğu məlum oldu. Bunu bilən qayınana oğluna zəng edərək gəlinin abort etməsini təkid edirdi.
“Mənim 29 yaşım var idi. Yetkin qadın idim və bir qədər narahat idim ki, abort etdiyim halda yenidən hamilə qala bilməyəcəm. Lakin həyat yoldaşım və anası mənə qulaq asmırdılar. Onlar bunun cəmi 15-20 dəqiqə çəkəcəyini və mənim sonralar heç vaxt yadıma düşməyəcəyini bildirirdilər. Lakin mən hər zaman uşaqlarıma baxdıqda, onların doğulmamış bacılarını düşünürəm. Mən onu qoruya bilmədiyim üçün özümü günahlandırıram,” Narine deyir.
“Beş aylıq hamilə ikən aborta etməyi qərara aldım”
Ermənistanın digər sakini Tatevik hamiləliyin 5-ci ayında abort etmək qərarı verib. O deyir ki, bu onun öz qərarı olub.
“Əvvəlcə onlar oğlan olacağını dedilər. Sonra isə uşağın qız olduğu məlum oldu. Mən hamiləliyin 5-ci ayında abort etmək qərarı aldım. Bu mənim şəxsi qərarım idi, heçkim çəni heçnəyə məcbur etnəyib. İndi mənim bir oğlum var və mən tutduğum əməldən təəssüf hissi keçirmirəm,” o deyir.
“Həyat yoldaşım abort etməyə məcbur etdi”
Sosial araşdırmanın nəticələrinə görə, Gürcü ailələrinin 46%-i oğlan uşağına və cəmi 9%-i qız uşağına üstünlük verir. Qadınlar bir çoxu ən azı bir dəfə uşağın cinsini seçmək üçün abort etdiklərini etiraf edir.
“Mənim üçün fərqi yox idi, qız doğulacaq, ya oğlan. Lakin adətən gürcü ailələrində olduğu kimi, hamı ilk övladın oğlan olmasını istəyirdi. Yoldaşım qızın doğulmasına razı deyildi və məni abort etməyə məcbur etdi,” İya deyir.
“Ailədə böyük uşaq oğlan olmalıdır”
Gürcüstan sakini Teona danışır ki, onun dogma bacısı hamilə olduğu zaman hamı xöşbəxt idi, onun həyat yoldaşının ailəsi oğlan adı belə tapmışdırlar. Lakin bu sevinc uşağın cinsi məlum olana qədər çəkdi.
“Biz doğulacaq uşağın qız olacağını bildik. Bu xəbər bacımın yoldaşının xoşuna gəlmədi. Onun çox imkanlı valideynləri var. Onlar daima ailədə ilk uşağın oğlan olmasını deyirdilər. Qız doğularsa oğlan doğulana qədər onlardan heç bir şey almayacağını və onlara heç bir şeydə kömək etməyəcəklərini dedilər. Onlar bacımın yoldaşını o həddə çatdırdılar ki, o bacımdan abort etməyi tələb etdi. Bacım qarşı çıxsa da, ağlasa da, nəticədə ailəni dağıtmaqdan qorxub abort elədi”, - teona deyir.
“Hamiləliyimə son qoyduğum üçün təəssüf etmirəm”
Maxaçkaladan olan 34 yaşlı Məryəmin dörd uşağı var. O məktəbi bitirən kimi 18 yaşında ailə qurub. 19 yaşında ilk qızı dünyaya gəlib.
“USM-də bizə uşağın qız olduğunu dedilər. Yoldaşım çox təəssüfləndi. O ailədə böyüş uşağın oğlan olmasını deyirdi. Hamı həkimin səhv etdiyini düşünürdü. Lakin qız doğuldu. Yoldaşım əlbəttə ki, onu çox sevdi. Lakin hələ oğlan övladı arzusunda idi. Anası ona təsəlli verirdi ki, “Əvvəlcə dayə, sonra körpə”. Yəni ki, ikinci ğvlad oğlan olacaq”, - Məryəm danışır.
Ikinci dəfə hamilə qaldığı zaman uşağın yenidən qız olduğu məlum olur.
Artıq ilk müayinədə uşaqların ekiz olduğu məlum oldu. Hələ də yadımdadır yoldaşım dedi: “Heç olmasa biri oğlan olacaq”. Həkim bizə hər iki övladın qız olduğunu dedikdə, o sanki havalandı. Mənə əsəbləşdi və “Sən oğlan dünyaya gətirə bilmirsən” dedi. Mən hətta ona məktəb biologiya kursunu xatırlatdım: uşağın cinsi kişi xromosomlarından asılıdr. Lakin o heçnəyə qulaq asmaq istəmirdi və məni oğlana hamilə qala bilmədiyimi deyirdi. Bu dəf artıq onun anası da məsələyə qatıldı. O mənə növbəti dəfə oğlana hamilə qalmağım üçün bol ət yeməyimi məsləhət verdi”, - Məryəm deyir.
Qadın 25 yaşı olanda üçüncü dəfə hamilə qalır. Haçiləliyin üçüncü həftəsində USM uşağın qız olduğu göstərir. Öncəki qınamaları yada salıb Məryəm özü abort etməyi qərara alır.
“İndi artıq dəqiq xatırlamıram – mən özüm oğlan istəyirdim, ya yoldaşım məni razı salmışdı. Amma evdə onsuz da artıq 3 qız var idi. Sonra mən öz ünvanıma olan bütün sözləri və qınamaları yada saldım. Uzun sözün qısası, həmin hamiləliyi abort etdiyimə təəssüf etmirəm”.
4-cü cəhddən sonra Məryəmin oğlu dünyaya gəlir.
“Qızları insan belə adlandırmaq olmaz”
Akmur Qırğızıstanda yaşayır. Onun yoldaşı həmişə oğlan istəyib. Akmur beşinci uşağa hamilə olanda müayinə uşağın yenidən qız olduğunu göstərib. Yoldaşı o dərəcədə əsəbləşib ki, ailəni tərk edib.
O öz qızlarını insan saymırdı, lakin oğlu dünyaya gəldikdən sonra barışmaq istədi.
“Bütün dostlarım məni oğlum olmadığı üçün qınayırdılar, - Akmur danışır. – Çox söhbətlər olub. Dördüncü qız doğulduqdan sonra, “yenə də qız” deməyə başladılar. O hər gün içki içirdi, evə gələnədə isə “qızları insan belə adlandırmaq olmaz” deyir. Onları birdə burda görmək istəmədiyini deyirdi. Mən bütün bunları çox pis qarşılayırdım. Yaşamaq istəmirdim”.
Akmur həyat yoldaşından boşandı. Lakin USM nəticələri yanlış oldu və onun oğlu dünyaya gəldi. Keçmiş həyat yoldaşı ailəyə qayıtmaq istəsə də, Akmur onu geri qəbul etmədi.
"O gəldi," Akmur xatırlayır. "Lakin mən özüm artıq onunla yaşamaq istəmədim. O öz qızlarını insan saymırdı, lakin oğlu dünyaya gəldikdən sonra barışmaq istədi. Qızlar da insandı."