Accessibility links

İlin yekunları: Türkyə və Suriya böhranı


Türkiyə-Suriya
please wait
Embed

No media source currently available

0:00 0:03:36 0:00
Bir zamanlar ticarət mübadiləsinin aparıldığı Türkyə Suriya sərhəddi indi prezident Bəşar Əl-Əsədi hakimiyyətdən salmağa çalışan üsyançılar üçün strateji keçidə çevrilib. Türkiyə özü də Suriyadakı böhrana daha çox cəlb olunub.

Suriya Azadlıq ordusunun briqada komandiri Ömər Əl-Muxtar avqust ayında sərhəddəki Antakya şəhərində Amerikanın səsinə müsahibə vermişdi. Əhməd Əl-Muxtar:
“Uçuşlara qadağa zonasının yaradılması çox mühümdür, çünki Əsədin təyyarələri silahsız insanları və hərəkət edən hər şeyi hədəf alır.”

Beş ay keçib və prezident Əsədin hərbi təyyarələri və vertolyotları Suriya şəhərləri və kəndlərini vurmağa davam edir.

Oktyabr ayında Türkiyə Suriyanın ölkə ərazisini artilleriya atəşinə tutmasına cavab olaraq, altı gün bir-birinin ardınca Suriyaya raket atıb. Londona Chatham House araşdırma mərkəzində Türkiyə üzrə ekspert olan Fadi Hakura Ankaranın diplomatik üsullarını həddindən artıq qiymətləndirdiyini bildirir. Fadi Hakura: “Türkiyənin Suriya prezidenti Bəşar Əl-Əsədə təsir qüvvəsi şişirdilib. Türkiyə rəhbərliyi Bəşar Əl-Əsədin tez zamanda çökəcəyini düşünürdü, amma bu baş vermədi. İndi Suriyada təriqət zəminində müharibə gedir, bu isə Türkiyənin planlaşdırdığı ssenari deyil.”

Suriyada böhran Türkiyəyə təsirini göstərir. Hər gün sərhəddi keçən qaçqınların sayı 2 mindən artıqdır. Ankara beynəlxalq ictimaiyyəti daha çox yardım göstərməyə çağırıb. Fadi Hakura: “Hazırkı vaxtda qaçqınların sayı 150 minlə 200 min arasındadır. Türkiyə Vaşinqtonun razılığı olmadan və ABŞ-la razılaşdırılmadan sərhəddin Suriya tərəfində bufer zonası yarada bilməz”

Eyni zamanda Suriyada davam edən münaqişə Türkiyədə PKK yaraqlıları ilə uzun illərdir gedən mübarizənin yenidən alışmasına gətirib çıxarıb. Suriya kürdləri hökumət qüvvələri çıxarılandan sonra indi ölkənin şimalında böyük bir əraziyə nəzarət edir. Robert Loi London İqtisad Məktəbində Yaxın Şərq Mərkəzinin meneceridir. Robert Loi:
“Türkyə dövləti hadisələrin şimalda kürd dövlətinin yaranması ilə başa çata biləcək inkişafından çox narahatdır. Bu, olduqca xoşagəlməz bir inkişaf kimi qəbul ediləcək və məncə, onlar buna necə cavab verəcəyini bilmir. Onlar bunun Türkiyə dövləti əleyhinə mübarizədə PKK-nın güclənməsinə gətirib çıxaracağından olduqda narahatdır.”

Robert Louinin sözlərinə görə, Suriyada vətəndaş müharibəsi təriqət zəminində zorakılıqların şahidi olmuş qonşu Livan və İraq, İran və Körfəzdə başqa ölkələrə də öz tərisini göstərir. Robert Loi:“Suriyalılar xaricdə güclü dövlətlərin münaqişəyə cəlb olunacağından və onların öz aralarındakı problemləri Suriya torpağında həll edəcəyindən narahatdır.”

Suriya üsyançıları bəzi ərazilərdə üstünlüyü ələ keçirsə də, təhlilçilər münaqişədə balansı dəyişmək üçün heç bir tərəfindən kifayət qədər gücə malik olmadığını bildirir. Təhlilçilər 2013-cü ildə daha çox suriyalının münaqişə qurbanı olacağını proqnozlaşdırır.
XS
SM
MD
LG