Bu gecə Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Belə ki, martın 28-dən 29-na keçən gecə səhər saat 04:00-da saatların əqrəbləri bir saat irəli çəkiləcək. Bu barədə Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin məlumatında deyilir.
Xatırladaq ki, 1997-ci ildən mart ayının son istirahət günündə saat əqrəbləri bir saat irəli çəkilməklə ölkə ərazisində yay vaxtına keçilir.
Qış vaxtına isə oktyabr ayının son istirahət günündə səhər saat 05:00-da saat əqrəbləri bir saat geri çəkilməklə keçilir.