Accessibility links

Yaxın Şərq sülh prosesi: liderlər və cəhdlər


Cənab Obama prezidentliyinin altıncı ayında Qahirədə çıxışı zamanı iki dövlətin mövcudluğu prinsipinin üzərində işləməyə söz verdi

Bəzi ABŞ prezidentlərinin başqalarından daha çox inkişaf əldə etməsinə baxmayaraq, heç bir Amerika prezidenti Yaxın Şərqdə davamlı sülh əldə etməkdə uğurlu olmayıb. Bir çox liderlər, bir çox cəhdlər… lakin Yaxın Şərqdə hələ də davamlı sülh əldə olunmayıb. ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq üzrə elçisi Corc Mitçel deyib ki, bu Birləşmiş Ştatıarın qarşısını almamalıdır. Corc Mitçel: "Həqiqətən də bu anlamın əhəmiyyətini şişirtmək məqsədi ilə demirəm, amma sülhə nail olmaq o qədər mühümdür ki, əvvəlki uğursuzluqlara rəğmən sülh əldə etmək üçün səylər davam etdirilməlidir." Cənab Obama prezidentliyinin altıncı ayında Qahirədə çıxışı zamanı iki dövlətin mövcudluğu prinsipinin üzərində işləməyə söz verdi. President Barak Obama: "Bu, İsrailin maraq dairəsindədir, Fələstinin marağındadır. Bu, Amerikanın marağında və bütün dünyanın maraq dairəsindədir. Və məhz bu səbəbdən, mən şəxsən bu məsələnin həlli uğrunda səbrlə və ithafla çalışacam." Notr Dam universitetinin professoru Maykl Desç, Yaxın Şərq üzrə bir sıra təhlilçilər kimi, bu ay başlamış birbaşa danışıqların uğurlu nəticə verməyəcəyini düşünür. Desç maneələr arasında Qəzza zolağına nəzarət edən Həmas fələstin yaraqlı qrupu da daxil olmaqla, İsrail baş naziri Benyamin Netanyahunun iki dövlətin mövcudluğu ideyasını qəbul etməyə könülsüz olduğunu göstərir. Professor Michael Desch: "Nikbin adamlar prezident Obamanın bu məsələdə maraqlı olduğunu, Qahirədə tarixi çıxış edərək, ərəb və İslam dünyasına müraciət etməsini və bu səylərə prezidentlik dövrünün ilk hissəsində başlamaşını söyləyə bilərlər. Lakin mən düşünürəm ki, uğurlu sülh danışıqları üçün struktur baxımından maneələr sadəcə olaraq çox böyükdür." Corc Mitçel prezidentin uğur əldə edəcəyinə inanır. Baxmayaraq ki, prezident özü nəticənin qeyri məlum olduğunu etiraf edib və deyib ki, məqsəd bir il ərzində mühüm məsələlərdə razılığa gəlməkdir. Mitçel deyir ki, nəticə nə olur olsun, fərqi yoxdur …..Corc Mitçel: "Bu, vaxtın bitməsinə görə olmayacaq. Bu, boyük fərqdir." Xarici Əlaqələr Şurasının nümayəndəsi Robert Danin qeyd edir ki, cənab Obamanın prezidentlik müddəti hələ yarıya çatmayıb, və bu ona çox işlər görmək üçün imkan yaradır. Danin İsrail və Fələstin liderlərinin növbəti iki və ya altı il vəzifədə ola biləcək ABŞ prezidentini qəzəbləndirmək və ya utandırmaq istədiyini düşünmür. Lakin ikinci müddət prezidentliyə də zəmanət yoxdur. İraqda və Əfqanıstanda müharibələr, iqtisadiyyat, seçkilər və bir sıra başqa məsələlər Yaxın Şərqlə bərabər diqqət mərkəzində olmaq uğrunda rəqabət aparırlar.

XS
SM
MD
LG