Accessibility links

 
İran Azərbaycanında ‘irqçiliyin simvolu hesab edilən heykəllər’ haqda reportaj hazırlayan jurnalist tutulub

İran Azərbaycanında ‘irqçiliyin simvolu hesab edilən heykəllər’ haqda reportaj hazırlayan jurnalist tutulub


Yavər Sultani
Yavər Sultani

Qərbi Azərbaycan vilayətinin Maku (Makı) şəhərində fəaliyyət göstərən jurnalist və türk fəal Yavər Sultani bazar ertəsi günü İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumu tərəfindən nəzarət altına alınıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, “fəalın hansı səbəblə tutulduğu və hansı ittihamlara məruz qaldığı bəlli deyil. Lakin, onun Maku şəhərinin əsas meydanında bir heykəlin yerləşdirilməsini tənqid etdiyi söylənilir.”

HRA jurnalistin Maku həbsxanasına göndərildiyini bildirib.

View this post on Instagram

. ویدئو گزارش - برداشته شدن مجسمه‌ی فردوسی از میدان "هفته فلکه‌سی" ماکو همزمان با اعتراضات جهانی علیه نژادپرستی پس از مرگ جورج فلوید بود که بار دیگر کانون توجهات در جهان به سمت معقوله‌ی سراسر زشت و ریشه دوانیده‌ی نژادپرستی معطوف شد. برداشتن مجسمه‌های شخصیت‌های نژادپرست که به "انقلاب مجسمه‌ها" معروف شده از جمله‌ی اعتراضات ضدنژادپرستی هفته‌های اخیر بوده است؛ جایی که این اتفاق گریبان وینستون چرچیل، کریستوف کلمب، فرانسیس اسکات(سراینده‌ی سرود ملی آمریکا) را نیز گرفته و مجسمه‌هایشان پایین کشیده شده‌اند. پس از شدت گرفتن اعتراضات در بریتانیا همزمان با سایر نقاط جهان، شوراهای محلی شهرهای انگلستان تصمیم گرفتند نامه‌ی اعمال تمامی شخصیت‌های‌ تاریخی که تندیس و مجسمه‌شان در شهرها نصب شده را مورد بررسی قرار دهند؛ تا مجسمه‌ی هر کدام که سخن یا عملی نژادپرستانه در کارنامه دارد را بردارد. همزمان شورای شهر ماکو، مجسمه‌ی یکی از بنیانگذاران نژادپرستی در تاریخ ایران، ابولقاسم فردوسی را از میدان فردوسی که در بین مردم به "هفته فلکه‌سی" مشهور است را برداشت. هنوز معلوم نیست سرگذشت این فلکه چه خواهد شد اما آنچه که مبرهن است اعتراضات هفته‌های اخیر مسئولان شهرهای ایران را نیز بیش از گذشته به فکر واداشته است. فردوسی یکی‌از این شخصیت‌های جنجالیست که با اشعار نژادپرستانه و زن‌ستیزانه‌اش همواره مورد انتقاد فعالین حقوق بشری و حقوق زن و شهروندان عادی بوده است. از جمله اینکه در اعتراض به شخصیت نژادپرستانه‌ی وی مجسمه‌اش طی سال‌های اخیر در شهرهای سلماس و قزوین برداشته شده بود. اشعار زیر نمونه‌ای از اشعار نژادپرستانه، تفرقه‌افکنانه‌ و جنسیت‌زده‌ی ابولقاسم فردوسیست: زن و اژدها هر دو در خاک به جهان پاک از این هر دو ناپاک به *** به صد ترک بیچاره بدنژاد که نام پدرانشان ندارند یاد تفکرات نژادپرستی محکوم به نابودی‌اند؛ چرچیل باشد، فردوسی باشد، حدادعادل باشد یا ترامپ. تاریخ؛ محو خواهدکرد. ۱۲ تیر ۱۳۹۹ - یاور سلطانی __________________ شما چه فکر می‌کنید؟ آیا مبارزه با نژادپرستی و جنسیت‌زدگی در ایران نیز همپای تمامی‌ جهان در جریان است؟ شهرداری چه اقداماتی در راستای مبارزه با نژادپرستی انجام داده است؟ @ali_yousefi_makuei شهردار ماکو __________________ ‎#AllLivesMatter #StopRacism ‎#BlackeLivesMatter ##حقوق_زن ‎#ırqçılığayox ‎#جورج_فلويد ‎#انقلاب_مجسمه‌ها #نه_به_نژادپرستی #حقوق_برابر_زن_مرد #نه_به_جنسیت_ستیزی #فمنیست

A post shared by T H E . M T م ا ک و ت ا ی م ز (@maku.times) on

Yavər Sultani iyul ayının 2-də “Maku Times” adlı Instagram hesabında paylaşdığı bir videoda Maku şəhərinin Həftə meydanında yerləşdirilmiş şair Firdovsinin heykəlini irqçiliyin simvolu olaraq dəyərləndirib. O, Makunun həftə meydanında çəkdiyi həmin videoda ABŞ və Avropada irqçilik və müstəmləkəçiliyi nümayiş etdirən heykəllərin etirazçılar tərəfindən götürülməsinə diqqət çəkərək deyir ki, Corc Floydun ölümü bahanə oldu ki, irqçiliyin çirkin üzü daha dərin düşünülsün.”

Maku şəhərinin Həftə meydanında yerləşdirilən Firdovsi heykəli bir müddət əvvəl götürülüb, daha sonra yenidən yerləşdirildi.

10-11-ci əsrlərdə yaşamış böyük fars şairi Əbülqasım Firdovsi İran Azərbaycanında anti-türk xarakteri ilə tanınır.

Yavər Sultani paylaşdığı videoda heykəlin götürülməsini sevinclə qarşılayaraq deyir ki, “Maku şəhər şurası İran tarixində irqçiliyin təməl daşı olan Firdovsinin heykəlini buradan götürüb və ümid edirik heç vaxt qaytarmasın.”

Heykəl bir neçə gün əvvəl yenidən həmin meydana qaytarılıb. Maku şəhər şurasının açıqlamasına görə, heykəl “baxım və təmir üçün” götürülübmüş.

2015-ci ildə Qərbi Azərbaycan vilayətinin digər şəhəri Salmasda Firdovsi heykəlinin götürülməsinin ardınca Salmas şəhər şurası İranın dövlət orqanları və millətçi qrupların sərt təpkiləri ilə qarşılaşıb və heykəli yerinə qaytarmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG