Rusiyanın Yaroslavl şəhərində bu gün 100 minə yaxın insan Lokomotiv xokkey komandasının təyyarə qəzasında həlak olan üzvlərinin anım mərasiminə toplaşıb. Rusiyanın baş naziri Vladimir Putin matəm mərasimi iştirakçıları arasında olub.
Çərşənbə axşamı baş verən qəza nəticəsində təyyarədə olan 45 nəfərdən 43-ü həlak olub. Xilas olan iki nəfər, oyunçu Aleksandr Qalimov və ekipaj üzvü Aleksandr Sezov ağır vəziyyətdədir.
Qəza ilə bağlı aviasiya ekpertləri araşdırma aparır.
Yaroslavl şəhərində Lokomotiv xokkey komandasının təyyarə qəzasında həlak olan üzvlərinin anım mərasimi keçirilib