Accessibility links

İranda yardım apararkən tutulan 39 azərbaycanlının adı bəlli olub


Şərqi Azərbaycanda zəlzələ
Şərqi Azərbaycanda zəlzələ

Milli-siyasi fəalları ETTELAAT avqustun 21-də tutub. Humanitar yardım isə “Sepah”ın anbarına yığılıb.

İranın Şərqi Azərbaycan əyalətinə - zəlzələ bölgəsinə humanitar yardım apardığına görə 3 gün əvvəl tutulan, hazırda ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanan 39 nəfər azərbaycanlı fəalın adı bəlli olub.
“Media forum” saytı onların adlarını təqdim edir: Nəvid Xancani, Vahid Xulusi, Şayan Vəhdəti, Şima Qoşa, Misaq Əfşar, Həsən Rövnəqi Məleki, Vəhid Ruhani, Maziyar İsmayılpur, Murtuza İsmayılpur, Həmidrza Müsəyyibiyan, Əli Məhəmmədi, Möhsün Saimi, Məsud Vəfabəxş, Humən Tahiri, Danial Hüseyni, Nəfisə Şəhidfər, Bəhram Şücai, Məhəmməd Ərcməndi Rad, İsmayıl Salmanpur, Bağbanbaşı, Nərgiz Xeyrullahi, Mehdi Salehi, Behruz Ələvi, Milad Pənahipur, Sepehrdad Sahiban, İsmayıl Rəfəti, Əmir Rövnəqi, Zəhra Fəyyaz, Cəfər Qulami, Kiyana Kərimpur, Fərnaz Əhmədzadə, Artemis Vərzəndə, Mehrnaz Əhmədzadə, Əmin Rövnəqi, Reyhanə Hesami, Əhməd Rövnəqi Məleki, Əli Təqdiri, Əmir Kəlhor və Sadıq Rzayi Geyglu.
Son məlumatlara gör, tutulanlardan 10 nəfəri mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Əksəriyyəti tələbə olan milli-siyasi fəalları hüquq mühafizə qüvvələri və ETTELAAT əməkdaşları avqustun 21-də tutublar. Humanitar yardım isə müsadirə edilərək “Sepah”ın bölgədəki qüvvələrinin anbarına yığılıb.
Avqustun 11-də Şərqi Azərbaycan əyalətində baş vermiş 6,3 bal gücündə zəlzələdə 200-dən çox kənd tamamilə dağılıb. Rəsmi məlumata görə, 350 nəfərdən çox insan həlak olub, minlərlə adam ağır yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG