Accessibility links

Yardım qrupu: Suriyanın şimal-qərbində 216 min insan evindən qaçıb


Suriya
Suriya

Son həftələrdə Suriyanın şimal-şərqində hökümət qüvvələrinin hava və quru üzərində apardığı bombardman nəticəsində 200 mindən çox kişi, qadın və uşaq avtobus, yük maşınları və avtomobillərdə ərazidən qaçıb.

Hökümət qüvvələri noyabr ayının sonundan bəri üsyançıların ən son istinadgahı olan İdlib vilayətinin cənub və şərq hissələrini bombardman edir. Suriya ordusu və müxalif fəalların sözlərinə görə, ötən həftə başlayan quru üzərində hücum nəticəsində daha çox insan didərgin düşüb və hökümət qüvvələri 40-dan çox kəndi ələ keçirib.

Suriyanın şimal-qərbində fəaliyyət göstərən Suriya Cavab Koordinasiyası Qrupu bildirib ki, 216,632 nəfər evlərindən qaçıb və onların çoxunun getməyə yerləri yoxdur. Çoxları təhlükəsizlik axtarışında Türkiyə sərhədinə üz tutub.

Qrup bildirib ki, 250 kənd və şəhərdən insanlar qaçıb və zorakılıqlar nəticəsində 79 uşaq olmaqla 252 mülki vətəndaş öldürülüb.

Fəallar və Ağ Dəbilqəlilər adı ilə tanınan müxalif Suriya Mülki Müdafiə qrupunun internetdə yerləşdirdiyi videolarda çox sayda maşın, avtobus və yük maşınlarının şimala doğru irəlilədiyi göstərilib.

Qrup digər yardım təşkilatlarını soyuq hava və bərk yağışlar zamanı didərgin düşənlərə yardım etməyə çağırıb. Son həftələrdə didərgin düşən insanların qaldıqları çadır düşərgələrini su basıb.

Suriya qüvvələri hava hücumları nəticəsində üsyançıların nəzarət etdiyi Maaret Əl-Numan şəhərinə doğru irəliləyib. Şəhər Dəməşqlə Hələbi birləşdirən əsas yolun üzərində yerləşir.

Suriya prezidenti Bəşər Əsədin qüvvələrinin əsas məqsədi 2012-ci ildən bəri üsyançıların bağladığı bu strateji avtomagistralı açmaqdır.

XS
SM
MD
LG