Accessibility links

Yaraqlılar Pakistanda yoxlama məntəqəsinə hücum ediblər (YENILƏNİB)


Yaraqlılar Pakistanda yoxlama məntəqəsinə hücum ediblər (YENILƏNİB)
Yaraqlılar Pakistanda yoxlama məntəqəsinə hücum ediblər (YENILƏNİB)

Rəsmilər yaraqlıların Əfqanıstandan Pakistana keçərək, yoxlama məntəqəsinə hücum etdiklərini deyirlər.

Pakistanın Bajaur regionunda baş vermiş hücum zamanı bir əsgər və iki yaraqlı həlak olub, bir əsgər isə yaralanıb.

Kitkot kəndinin sakinlərinin sözlərinə görə, döyüş bir neçə saat davam edib. Onlar yaraqlıların minomyotlar və raketlərdən atəş açdıqlarını deyiblər. Yaraqlılar Pakistan təhlükəsizlik qüvvələri tərəfindən geri Əfqanıstana çəkilməyə məcbur edilib.

Bu arada, Pakistan ordusu Əfqanıstanla sərhəddə yerləşən Kurram regionunda havadan və quruda hücumlar həyata keçirib.

Əməliyyatın məqsədi regionu yaraqlılardan təmizləyərək, rayonun aşağı və yuxarı hissələrini birləşdirən yolu açmaqdan ibarətdir.

XS
SM
MD
LG