Accessibility links

Yaqub Zurufçunun müalicəsinə xaricdən həkimlər cəlb olunub


Yaqub Zurufçu
Yaqub Zurufçu

Koronavirusa yoluxan tanınmış müğənni Yaqub Zurufçunun səhhəti ağır olaraq qalır.

Müğənninin həyat yoldaşı Aynur Zurufçu bildirib ki, Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

“Xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə Yaqubun durumunu izləyib. Həkimlər ötən gecə 2-3 saat onun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq,” o, qeyd edib.

Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və Bakıda "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Zurufçunun vəziyyətini ağır qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG