Yaponiyada keçirilən rəy sorğularına görə, vətəndaşların 4-də üç hissəsi Fukuşima AES-dakı qəzadan sonra enerji mənbəyi kimi nüvədən istifadə edilməsinə tədricən son qoyulmasının tərəfdarıdır. Asahi qəzetinin keçirdiyi sorğu hökumətin 1986-ci il Çernobıl fəlakətindən sonra ən dəhşətli Fukuşima böhranı ilə mübarizə apardığı vaxta təsadüf edir. Respondentlərin 60 faizi gələcəkdə nüvə enerjisinin külək və günəş enerjisi ilə əvəz edilməsini dəstəkləyib. Mart ayının 11-də sunami və zəlzələnin yol açdığı qəzadan sonra radiasiya sızması baş vermişdi.
Rəy sorğusuna görə yaponlar nüvə enerjisindən istifadəyə son qoyulmasının tərəfdarıdır
- Amerikanın səsi