Birləşmiş Ştatlar və Yaponiya Vaşinqtonun digər ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi tariflərin azaldılması ilə bağlı ikitərəfli danışıqlara başlamaq barədə razılıq əldə edib.
ABŞ prezidenti Donald Tramp razılaşmanın çərşənbə günü Yaponiyanın baş naziri Şinzo Abe ilə BMT-nin Baş Assambleyasında görüşü zamanı əldə edildiyini deyib.
Ağ Ev razılaşma ilə bağlı bəyanatı görüşdən sonra açıqlayıb. Bəyanatda iki ölkə arasında danışıqların ticari mallar və xidmətlər də daxil edilməklə, əsas sahələr üzrə lazımi prosedurlar tamamlandıqdan sonra başlayacağı deyilib.
Donald Tramp Yaponiyanın ABŞ-la ticarətdən 69 milyard dollar əldə etdiyindən şikayət edərək, ikitərəfli razılaşmanın qəbul edilməsində Yaponiyanın baş naziri Abeyə təzyiq göstərib.
Tokio ikitərəfli azad ticarət paktına əməl etmək istəmir və Vaşinqtonun
Trampın 2017-ci ilin yanvarından etibarən çıxdığı Trans-Pasifik Əməkdaşlıq razılığına qayıdacağına ümid edirdi.