Accessibility links

Yaponiyada koronavirus üçün ilk mobil test mərkəzi fəaliyyətə başlayacaq


Tokioda koronavirus üçün ilk mobil test mərkəzi bu həftə istifadəyə verilir. Yaponiya höküməti koronavirusun yayıldığı bir vaxt səhiyyə sisteminin çökməsinin qarşısını almaq üçün səylərini artırır.

Mobil test mərkəzi ilk dəfə cümə günü paytaxt Tokionun cənubunda yerləşən Yokosuka şəhərində istifadəyə veriləcək. Orada tibb işçiləri telefon köşüknə bənzər bir qutunun içindən insanlardan nümunlər götürəcəklər.

Qonşu Cənubi Koreya kimi ölkələrdə artıq istifadə olunan zamana qənaet edən bu testlər tibbi ekspertlərin Yaponiyada Polimeraz zəncir reaksiyası (PZR) testlərinə çıxışın məhdud olması isə bağlı tənqidlərindən sonra istifadəyə verilib.

Testlərin aktiv şəkildə aparılması yoluxma hallarının aşkar edilməsi və xəstələrin təcridi üçün zəruri olaraq görülür və tənqidçilər Yaponiyada testlərin sürətinin aşağı olmasının böyük şəhərlərdə yoluxmalara yol açdığı və COVID-19 adlanan tənəffüs xəstəliyinə səbəb olan yeni virusunun izlənməsini çətinləşdirdiyini deyirlər.

Çərşənbə günü Tokionun Edoqava rayonunda jurnalistlərə testin necə keçirildiyi nümayiş etdirilib. Belə ki, bir avtomobil test məntəqəsinə yaxınlaşıb, orada qoruyucu paltardakı bir həkim avtomobilə yaxınlaşaraq pambıq çubuqla sürücünün burun boşluğundan nümunə götürüb və bunun ardınca avtomobil dərhal ərazini tərk edib. Bunların hamısı bir dəqiqədən az bir müddətdə başa çatıb.

XS
SM
MD
LG