Tokionun şərqində yerləşən şəhərlərə yağan leysan yağışlar azı 10 nəfərin ölümünə səbəb olub və hələ də bu yaxınlarda baş verən qasırğanın vurduğu zərərlərdən sonra bərpa olunmağa çalışan ərazilərə yeni ziyanlar dəyib.
Xilasedicilər Çiba prefekturasında maşın sürərkən selin apardığı insanın cəsədini tapıb. Hagibis qasırğasının təsirlərinə məruz qalan Fukuşimada bir nəfər itkin düşüb.
Nəticədə doqquz nəfər ölüb, onlardan doqquzu Çibada, biri isə Fukuşimada.
Yağış və daşqınlar azalsa da Çibanın bəzi hissələri hələ də suyun altındadır. 4700 evdə su kəsilib və bəzi qatar xidmətləri dayandırılıb.
Çibanın Midori rayonunda torpaq sürüşmələri üç evin dağılmasın və üç nəfərin ölümünə səbəb olub. Bundan əlavə İçihara şəhərində də torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb. Narata və Çonan şəhərlərində dörd nəfər maşınlarının suyun altında batması nəticəsində həyatını itirib.
Fukuşimada bir qadın Soma şəhərində bir parkda ölü tapılıb.
Baş nazir Şinzo Abe şənbə günü səhər fövqəladə işçi qrupu ilə iclas keçirib və xilasetmə işlərində O həmçinin xilasetmə işlərində səylərin artırılmasına habelə elektrik, su və digər mühüm xidmətlərin təcili bərpa olunmasına çağırıb.
Baş nazirin bildirib ki, təkcə cümə günü bütöv bir ayda yağan qədər yağış yağıb.
İki həftə öncə Hagibis qasırğası Yaponiya boyu böyük daşqınlara səbəb olub və nəticədə 80 insan ölüb.