Accessibility links

Yaponiya: Girovların xilas edilməsi səyləri dalana dirənib


İslam Dövləti yaraqlıları ilə yapon journalist və iordaniyalı hərbi pilotun həyatını xilas etməyə yönəlmiş danışıqlar səyləri bu gün dalana dirənib. Artıq yaraqlıların iraqlı məhbusun sərbəst buraxılması tələbinin həyata keçirilməsi üçün müəyyən etdiyi vaxtdan iki gün keçir.

Yaponiya xarici işlər naziri Yasuhide Nakayama dünən axşam İordaniya paytaxtı Əmmanda deyib ki, pilot Muat Kasaesbeh və jurnalist Kenji Qotonun xilas edilməsi səyləri dalana dirənib.

İslam Dövləti yaraqlıları İordaniya iraqlı məhbus Sacidə Əl-Rişavini cümə axşamı gün doğanadək sərbəst buraxması Kasaesbehi öldürəcəklərini bildirmişdi. Rişavi 2005-ci ildə Əmmanda bomba hücumundakı roluna görə, hazırda İordaniyada ölüm hökmünün icrasını gözləyir.

İordaniya isə yalnız keçən ay Suriyada qəzaya uğrayan təyyarənin pilotunun yaşamasına dair təminat alandan sonra Rişavini sərbəst buraxacağını bildirib. Rəsmi Əmman buna dair yaraqlıların hələlik heç bir sübut təqdim etmədiyini bildirib.

XS
SM
MD
LG