Accessibility links

Yaponyanın hakim partiyasının rəhbəri Çindədir


Ərazi münaqişəsi ilə bağlı gərginliyi azaltmaq üçün Yaponyanın hakim partiyasının rəhbəri danişıqlar məqsədi ilə Çindədir.

Baş nazir Şinzo Abenin məktubunu çatdiracaq Natsu Yamaquçi bu gün Pekinə gedib. Cənab Yamaquçi dörd günlük ziyarəti əsnasında Çinin yeni lideri Tsi Cinpinq və başqa hakimyət nümayəndələri ilə görüşməlidir.

O, ümid edir ki, bu görüş münaqişənin nizamlanmasına kömək edəcək və ikitərəfli müzakirələrin əsas mövzusu olacaq.

Yamaquçi Abenin dekabırda hakimiyyətə gəlməsindən sonra Çinə səfər edən ilk millət vəkilidir.

Tərəflər Çin dənizinin şərqində yerləşən adalar üzərindəki münaqişəni həll etməyə hazır olduqlarını bildiriblər.
XS
SM
MD
LG