Accessibility links

Yaponiyanın baş nazirinin səhhəti ilə bağlı narahatlıqlar mövcuddur


Yaponiyanın baş naziri Şinzo Abenin xəstəxanaya ziyarətinin səbəbinin müntəzəm müayinədən keçmək üçün olduğu bildirilsə də, onun sağlamlığı ilə əlaqədar narahatlıqların olduğu deyilir.

Tokio TV-nin yaydığı videoda Abenin Tokiodakı Keyo Universiteti Xəstəxanasına aparıldığı güman edilən qara bir avtomobil göstərilib.

Baş nazirin ofisi onun xəstəxanaya ziyarətini şərh etməkdən imtina edib. Yaponların çoxu kimi Abe də bu yaxınlarda yay tətilində olub.

65 yaşlı Abe əvvəllər sağlamlığı ilə bağlı problemlər yaşayıb. 2007-ci ildə, vəzifəsini cəmi bir il icra etdikdən sonra bağırsağındakı kolitin ağırlaşması səbəbindən vəzifəsindən getməyə məcbur olub. Daha sonra o, vəziyyətinin yaxşı olduğunu, dərman qəbul etdiyini və nəzarətdə olduğunu deyib.

Kyodo xəbər agentliyi bəzən ilin bu vaxtında Abenin kəndindəki yay evinə istirahətə getməsinə baxmayaraq, koronavirus pandemiyası ilə bağlı geniş narahatlıqlara görə onun Tokioda qaldığını bildirib.

İkinci dönəm baş nazir vəzifəsində çalışan Abe Yaponiyanın ən uzun müddət vəzifədə olan lideridir.

XS
SM
MD
LG