Yanvarın 27-si Holokost qurbanlarının anım günüdür. Yunan dilində atəşlə qurban mənasını verən bu faciə 6 milyon yəhudinin qətli ilə yaddaşlarda qalıb.
1933-cü ildə Almaniyada iqtidara gələn nasistlər almanların irqi baxımdan üstünlüyünə, yəhudilərin isə alman əhalisinə yad bir qrup olduğuna inanırdı.
Holokost dövründə almanlar özlərindən daha aşağı gördükləri qrupları da hədəf alırdı. Qaraçılar, slavyanlar, əlillər, homoseksuallar və digərləri bunlar arasında idi.
1933-cü ildə Avropada 9 milyona yaxın yəhudi yaşayırdı Onlar əsasən İkinci Dünya Müharibəsi zamanı almanların işğal etdiyi və ya təsininə məruz qoyduğu ölkələrin sakini idi.
Yanvarın 27-si həm də Auşvits-Berkenay ölüm düşərgəsinin azad edildiyi gündür.
Britaniyanın Holokost Memorial Fondunun keçirdiyi rəy sorğularına görə, Britaniya əhalisinin 5 faizi Holokostun baş verdiyinə inanmır. Respondentlərin 8 faizi öldürülənlərin sayının şişirdildiyinə deyib.
2000 nəfərin iştirak etdiyi sorğuya görə, 64 faiz respondent nə qədər yəhudinin öldürüldünyünü, 45 faiz isə ümumilikdə nə qədər insanın öldürüldüyünü bilmir. 19 faiz isə hesab edir ki, 2 milyon yəhudi qətlə yetirilib.