Accessibility links

Məcburi köçkünlərin yaşadığı binada yanğın olub


İyunun 7-də səhər saatlarında Bakının Yasamal rayonunda tələbə şəhərciyinin keçmiş yataqxanasında başlayan yanğın günortadan sonra söndürülüb.

Alov binaya ciddi ziyan vurub. Binada Füzuli, Cəbrayıl və digər rayonlardan olan yüzlərlə məcburi köçkün məskunlaşıb. Yanğın nəticəsində xəsarət alanlar var.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın Bakı vaxtı ilə saat 15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerinə Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov gəlib.

Məcburi köçkünlər bildirib ki, 24 ildir ki, acınacaqlı şəraitdə yaşayırlar.

XS
SM
MD
LG